Almaniyanın İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Modern.az “Haber Global”a istinadən xəbər verir ki, qəbiristanlığa hücumlar davam edir. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.
Qeyd edək ki, müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində dağıdıldığı təxmin edilir.
Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.