“Gürcüstanin baş naziri Bidzina İvanişvilinin Bakıda gələcəyi gün dəqiq bilinmir”. Bu bardə Modern.az-a Gürcüstan parlamentinin azərbaycanlı üzvü, deputat Azər Süleymanov məlumat verib. Qeyri-rəsmi mənbələrdən bu səfərin dekabrın 26-da baş tutacağı bildirilsə də, A.Süleymanov tarixin doğru göstərilmədiyini deyib. Onun sözlərinə görə, İvanişvilinin səfəri dekabrın 25-dən sonra baş tutacaq:
“Gürcüstanda olan səfirimiz İvanişvili ilə görüşəndə bu haqda danışmışdılar. Amma onun Azərbaycana nə zaman gələcəyi dəqiqləşdirilməyib. Bəzi məlumatlarda səfərin dekabrın 26-da baş tutacağı bildirilsə də, bu dəqiq deyil. Məndə olan məlumata görə, İvanişvili dekabrın 25-dən sonra Bakıya gedəcək. Amma dəqiq günü İvanişvilidən başqa heç kim bilmir”,- deyə deputat vurğulayıb.
Anar RÜSTƏMOV