Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 617679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601069 nəfər müalicə olunaraq sağalıb, 8375 nəfər vəfat edib, aktiv xəstə sayı 8235 nəfərdir.
Ölkədə son sutka ərzində 6435, hazırkı dövrədək isə 5876764 test aparılıb.