“Zənn etmirəm ki, bizim ölkələrimiz arasında hər hansı bir problem mövcuddur”. Bunu Modern.az-a açıqlamasında İran İslam Respublikası prezidentinin Bakıya gələn müşaviri və Məzhəblərarası Yaxınlaşma Cəmiyyəti Ali Şurasının sədr müavini Mövləvi Eshaq Mədəni deyib. Prezidentin müşaviri bildirib ki, hazırda Azərbaycanla əlaqələr yaxşı səviyyədədir.
“Bizim din, mədəniyyət və s. bağlı ortaq cəhətlərimiz var. Hazırda mehriban qonşuluq şəraitində yaşayırıq”.
Qarabağ problemi haqqında danışan M.E. Mədəni bunun Ermənistan və Azərbaycan arasında olan məsələ olduğunu deyib.
“İki müstəqil dövlət arasındakı məsələyə müdaxilə etmək istəməzdim. Başqalarının işinə qarışmaq istəmirəm”, – deyə müşavir vurğulayıb.
Anar Kəlbiyev