Modern.az

Türk həkimlərin fotoları avronun ÜZƏRİNDƏ

Türk həkimlərin fotoları avronun ÜZƏRİNDƏ

Dünya

3 Yanvar 2022, 13:07

Avropa Mərkəzi Bankı avro əskinaslarının dizaynının dəyişdirilməsi prosesinə başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Avropa Parlamentinin üzvü Moritz Körner əskinaslardan birinə koronavirus peyvəndini tapan “BioNTech”in qurucuları, türkiyəli alimlər, professor Özlem Türeci və Uğur Şahinin şəkillərinin vurulmasını təklif edib.

 

Alman deputat  Şahin və Türecinin milyonlarla insanın həyatını xilas etdiyini bildirib.

 

Qeyd edək ki, Avropa Mərkəzi Bankı dekabrın əvvəlində 500 avrodan başqa əskinasların üzərindəki şəkillərin 2024-cü ildə dəyişdiriləcəyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?