Modern.az

Fişənglərin səsindən 400-dən çox ev heyvanı öldü

Fişənglərin səsindən 400-dən çox ev heyvanı öldü

Aktual

3 Yanvar 2022, 14:34

İtaliyada Yeni il şənliklərində istifadə edilən fişənglər 400-dən çox ev heyvanının həyatına son qoyub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda İtaliya Ətraf Mühitin və Heyvanların Mühafizəsi Dərnəyi məlumat paylaşıb.

 

Məlumatda qeyd edilib ki, yeni il gecəsi ən azı 400 pişik və it tələf olub. Həmçinin atılan fişənglərdən bir çox quşun qorxudan öldüyü və ya yandığı da qeyd edilib.

 

Bundan əlavə, yüksək səslərdən qorxan yüzlərlə heyvanın da qorxudan naməlum istiqamətə qaçdığı bildirilib.

 

Qeyd edək ki, ötən il Yeni il şənliklərində COVİD-19 məhdudiyyətləri olsa da, 360-dan çox it və pişik ölmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?