Modern.az

Paşinyan və Rəisi arasında telefon DANIŞIĞIYENİLƏNİB

Paşinyan və Rəisi arasında telefon DANIŞIĞI - YENİLƏNİB

Dünya

3 Yanvar 2022, 20:46

Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”.

 

Modern.az xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

 

İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi və Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri və sülh danışıqlarını müzakirə ediblər.

 

Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.

 

Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər

 

***

14:41

 

Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edib, ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Paşinyan və Rəisi iki ölkə arasında yüksək səviyyədə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi