Modern.az

Sabahın hava proqnozu verildi - yağış, sulu qar...

Sabahın hava proqnozu verildi - yağış, sulu qar...

21 Dekabr 2012, 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəz olunacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə dekabrın 22-də qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək