Modern.az

Pişiklər İlon Maskın peyk internetini xarab etdilər

Pişiklər İlon Maskın peyk internetini xarab etdilər

3 Yanvar 2022, 16:57

Kanadada pişiklər “SpaceX” şirkətinin “Starlink” peyk antenini “işğal ediblər”. Heyvanlar orda isinir və bu səbəbdən internet yaxşı işləmir.

 

Modern.az xəbər verir ki, bu barədə Kenanston kəndinin sakini Aaron Teylor danışıb. O, internetində yaranan nasazlıqları müşahidə edib.

 

Teylor məsələnin nə olduğunu yoxlamağa gedəndə boşqabda həyət pişiklərinin oturduğunu görüb.

 

Belə ki, antenlərin buz və qarı əritmək üçün istilik rejimi var. Məhz bu amil heyvanları cəlb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi