Modern.az

Çörək maşını qəza törətdi, yaralı var

Çörək maşını qəza törətdi, yaralı var

Hadisə

3 Yanvar 2022, 18:40

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb. 

 

Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər