“Onlar bu vəziyyətdə ölməmiş ayının dərisini bölməyə başlayıblar”
Müsavat başqanı İsa Qəmbərin “Azadlıq” radiosunun canlı efirində vahid namizəd məsələsi ilə bağlı son qərarı müxalifət düşərgəsində böyük əks-sda doğurdu. İsa Qəmbərin bu çıxışından sonra müttəfi AXCP-in də seçkilərə ayırılıqda iştirak edəcəyi qaçılmazdır. Bu əsnada İctimai Palatanın da gələcək taleyi sual altında qalır. Müxalifət seçkilərdə vahid namizədlə təmsil olunmadığı təqdirdə narazı eletoratın aparıcı liderləri- İsa Qəmbər, Əli Kərimli və eləcə də digərləri prezidentlik uğrunda qalib gələ biləcəklərmi?
Politoloq Elxan Şahinoğlu Müsavat başqanını qərarı və eləcə də bundan sonra baş verəcək proseslərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Ayrı-ayrılıqda mübarizəyə qoşulan liderlərin qalib gəlmək şanslarının olmadığını bildirən politoloq 2013- il seçkilərindən sonra siyasi böhranın yaranacağını deyib:
“Artıq bu gedişlə İctimai Palata parçalanacaq. Əgər İsa bəy deyirsə ki, namizəd özüm olacam, o zaman Əli bəyin də tərəfdarları dəstəkləyəcəklər. Bununla da İctimai Palata dağılacaq. Müxalifət liderlərinin seçkilərdə ayrı-ayrılıqda iştirak etmələri narazı eloktoratı da parçalayacaq. Burdan belə qənaətə gəlmək olar ki, ənənəvi müxalifət prezidentlik uğrunda yarışmır, öz aralarında liderlik uğrunda mübarizə aparırlar.
Liderlər arasında ümumi maraqlar olsa geri addımlar atılmalıdır. Demək ki, daha şəxsi maraqlar, partiya maraqları önə çıxır. Yəni, liderlər şəxsi maraqlarını gizlədə bilmirlər. Buna görə də onlar iyirmi ildir müxalifət şinelindən çıxa bilmirlər. Bu vəziyyətdə də ölməmiş ayının dərisni bölməyə başlayıblar. Onlar bu şansı 1998-ci ildə də, 2003-cü ildə də, 2008-də də qaçırtdılar. 20 ildir ki, eyni prosses təkrarlanır. Bunlar artıq eyni ssenai üzrə məğlubiyyət uğrasalar, onların siyasətdə qalıb-qalmaması məsələsi aktuallaşacaq. Bundan sonra da meydanlara çıxan insanların sayı da azalacaq. Insanların da inamı qırılıb bu oyunlarda”-deyə şərh edən E.Şahinoğlu müxalifətin gələcək taleyinin sual altında olduğunu qeyd edib.
“2013-cü il ənənəvi müxalifət üçün son şansdır. Onlar bu dəfə də məğlub olsalar siyasətdə qalmaları da sual altında qalacaq. Bu gedişlə onlar hər zaman indiki hakimiyyətə məğlub olacaqlar”.
Anar RÜSTƏMOV