Modern.az

Belarusda ağır qəza - 41 nəfər yaralandı

Belarusda ağır qəza - 41 nəfər yaralandı

3 Yanvar 2022, 23:25

Belarusun Vitebsk vilayətində minik avtomobili ilə avtobus toqquşub. 

 

Modern.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, avtobusda olan 41 sərnişin (hamısı Rusiya vətəndaşlarıdır) xəsarət alıb. 

 

Qəza qurbanları arasında altı nəfərin vəziyyəti ağır, 18 nəfərin vəziyyəti orta ağırdır.

 

Ümumilikdə avtobusda 42 nəfər olub, onlardan 40-ı Rusiya Federasiyası vətəndaşı olub. 

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama