Modern.az

Milli Məclis Ali Məhkəmə hakimlərini təsdiqlədi

Milli Məclis Ali Məhkəmə hakimlərini təsdiqlədi

21 Dekabr 2012, 14:42

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə hakimlərinin təyin olunması haqqında sənəd müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, bura Ali Məhkəmə hakimlərinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə hakimlərinin, Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər daxildir.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirdib ki, komissiya 109-cu maddəni rəhbər tutularaq Məhkəmə Hüquq Şurasının təkliflərini nəzərə alaraq kassasiya məhkəmələrinin hakimlərinin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirəyə təqdim olunub və bunlar prezident tərəfindən təqdim olunub.

Ali Məhkəmə hakimlərinin səlahiyyət müddəti, səlahiyyətləri 2013-cü il 2 yanvar tarixində bitən məhkəmələr və hakimlər haqqında qanunun 94-cu maddəsinə uyğun olaraq Əliyev İslam Əli Oğlu və Cəfərov İlham Məmməd oğlunun Ali Məhkəməsi hakimləri təyin olunması, eyni zamanda Nəbiyev Hüseyn Əmir oğlunun Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin olunması haqqında sənədlər Milli Məclisdə müzakirə olunub və deputatlar tərəfindən təsdiqlənib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək