“Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz” İB-nin əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər”.
Modern.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.
O qeyd edib ki, yanvar ayının 1-dən bu günə qədər sonradan ödənişli sayğacdan istifadə edən (mexaniki sayğaclar nəzərdə tutulur) 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsi ilə çəkərək 077 3 104 104 "Whatsapp" nömrəmizə göndəriblər.
“Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 faizlik nəticə bizi çox sevindirir. Göstərdikləri diqqətə, verdikləri dəyərə görə hər bir abonentimizə “Azəriqaz” İB adından dərin təşəkkürümüzü bildiririk!”.