Modern.az

Türkiyə ötən il nə qədər terrorçu zərərsizləşdirib?

Türkiyə ötən il nə qədər terrorçu zərərsizləşdirib?

Dünya

4 Yanvar 2022, 20:01

Türkiyə ötən il həyata keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvünü zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirinin müavini və nazirliyin mətbuat katibi İsmayıl Çataklı məlumat verib.

 

Ötən il terrorçuların 84 liderinin zərərsizləşdirildiyi qeyd olunub.

 

İ.Çataklı xatərladıb ki, PKK terror təşkilatı 40 ildir ki, ölkə ərazisində silahlı hücumlar həyata keçirir. Onun sözlərinə görə, hazırda dağlarda 156 terrorçu gizlənir.

 

2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib ki, bunun da 19 162-si iri şəhərlərdə, 124 159-u isə kənd yerlərində baş tutub.

 

2021-ci ildə həyata keçirilən əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama