Modern.az

F-35 qırıcısı təcili eniş etdi

F-35 qırıcısı təcili eniş etdi

Dünya

5 Yanvar 2022, 00:21

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı təlim uçuşu zamanı qəza enişi edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Döyüş təyyarəsinin şassisi açılmayıb və pilot təyyarəni o formada endirmək məcburiyyətində qalıb. İnsident Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasında baş verib.

 

Bildirilir ki, hadisə nəticəsində pilot xəsarət almayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama