Modern.az

Yanvarda Yer kürəsində 6 maqnit qasırğası olacaq

Yanvarda Yer kürəsində 6 maqnit qasırğası olacaq

Aktual

5 Yanvar 2022, 08:11

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb.

 

Belə ki, 11, 12, 15, 17, 18 yanvar tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq.

Lakin ən güclüsü yanvarın 16-da qeydə alınacaq. Geomaqnit titrəyişlərin gücü 4 bal olacaq.

 

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər.

 

Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?