Modern.az

Toy mərasimləri də sadələşdiriləcək - TƏKLİF

Toy mərasimləri də sadələşdiriləcək - TƏKLİF

5 Yanvar 2022, 15:07

Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir.


Modern.az xəbər verir ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əsasən, iki ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılıb. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb, dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilib.


Son səkkiz ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay, qənd, halva,  xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib, nəticədə orta hesabla rayonda 12-13 milyon manatdan artıq vəsaitə qənaət olunub.


Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 1200-1500 manatla yola vermək olur.


Rayon sakinləri bildiriblər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.


Artıq rayonda böyük və kiçik toy məclislərinin də israfçılığın qarşısının alınması, insanlar arasında sosial bərabərliyin təmin edilməsi üçün həmin məclislərin də sadələşdirilmiş formada keçirilməsi ilə bağlı ictimai müzakirələrə başlanılır. Belə ki, rayonun ağsaqalları, ziyalılar, QHT-lər və ictimaiyyət nümayəndələri ilə keçiriləcək müzakirələrdən sonra böyük və kiçik toy məclislərinin sadələşdirilmiş formada keçirilməsinə başlanılacaq. Toy məclislərinin sadələşdirilmiş formada, israfçılıqdan kənar keçirilməsi ilə bağlı yaşayış məntəqələrində əhali arasında maarifləndirmə, izahat işlərinə başlanılacaq.

           

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər