Modern.az

Qazaxıstanda Prezident iqamətgahı tutuldu - ATƏT sədri çağırış etdi

Qazaxıstanda Prezident iqamətgahı tutuldu - ATƏT sədri çağırış etdi

Dünya

5 Yanvar 2022, 16:44

Qazaxıstanın Almatı şəhərində keçirilən aksiyalar zamanı 500-dən çox adam döyülüb, 120 maşın yandırılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almatı şəhərinin komendantı Kanat Taymerdenov bildirib.

Onun sözlərinə görə, toqquşmalar zamanı 120 mağaza və köşk, 180 iaşə müəssisəsi dağıdılıb.

Bu arada ATƏT sədri Qazaxıstanda vəziyyətin deeskalasiyasına çağırır və əmindir ki, zorakılıq problemi həll etməyəcək.

Çin hökuməti də Qazaxıstanda vəziyyətin normallaşmasına inandığını və rəsmi qurumların ictimai təhlükəsizliyin qorunması üçün tədbirlərini dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, yanvarın 5-də etirazçılar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Alma-Atadakı iqamətgahını ələ keçiriblər.

Səhər saatlarında iqamətgahın yaxınlığında atışma səslərinin eşidildiyi məlum olub. Daha sonra binada yanğın baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama