Modern.az

Tokayev KTMT-yə müraciət ETDİ

Tokayev KTMT-yə müraciət ETDİ

Dünya

5 Yanvar 2022, 22:45

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, hazırda keçirilən iclas zamanı məlumat verib.

 

Tokayev KTMT tərəfdaşlarına müraciəti məqsədəuyğun və vaxtında hesab etdiyini bildirib.

 

Prezident Almatıdakı qırğınların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb.

 

"Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava desant bölməsi ilə döyüş gedir. (...) Almatı hava limanı, 5 təyyarə ələ keçirilib”, - deyə o qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama