Modern.az

Sabirabadda yol qəzası - Yaralılar var

Sabirabadda yol qəzası - Yaralılar var

5 Yanvar 2022, 23:03

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

 

Qəza nəticəsində Qalağayın kənd sakinləri, 1963-cü il təvəllüdlü Əkbərov Mirzağa Möhübbət oğlu, 1991-ci il təvəllüdlü Nəsirov Fəqan Rüstəm oğlu və Zeynalov Elmar Rizvan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?