Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi koronavirusdan sağalıb.
Modern.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı hücumçudan götürülmüş son analizin nəticəsi mənfi çıxıb və o, tezliklə komanda ilə məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, PSJ yanvarın 2-də Messidə koronavirus aşkarlandığını açıqlayıb