Modern.az

Poroşenkonun əmlakına həbs qoyuldu

Poroşenkonun əmlakına həbs qoyuldu

Dünya

6 Yanvar 2022, 19:22

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun bütün əmlakına məhkəmənin qərarı ilə həbs qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili İqor Qolovanya məlumat yayıb.

 

Kiyevin Peçersk rayon məhkəməsinin qərarı Poroşenkonun dövlətə xəyanətdə ittiham edildiyi cinayət işi üzrə qəbul olunub.

 

Vəkil qərara etiraz ediləcəyini bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...