Qazaxıstan polisi silahı yerə qoymaqdan imtina edən nümayişçiləri məhv etməklə hədələyib.
Modern.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almatı Polis İdarəsinin rəsmi nümayəndəsi Saltanat Azirbek bildirib.
"Silahlarını yerə qoymaqdan imtina edənlər məhv ediləcək", - deyə o qeyd edib.
Ölkədə baş verən iğtişaşlar zamanı 2298 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələrinin 18 əməkdaşı həlak olub.
Akif İsmayılov