Modern.az

Bayden Kapitoliyə basqını silahlı qiyam adlandırdı

Bayden Kapitoliyə basqını silahlı qiyam adlandırdı

Dünya

6 Yanvar 2022, 21:19

"2021-ci il yanvarın 6-da o zamankı prezident Donald Trampın tərəfdarlarının Kapitoli binasına ba"sqın etməsi silahlı qiyam idi".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden iğtişaşların birinci ildönümü münasibətilə Konqresdə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Tramp 2020-ci ilin noyabrında prezident seçkilərində uduzaraq hakimiyyətin dinc yolla ötürülməsinə mane olmağa çalışıb.

 

Xatırladaq ki, yanvarın 6-da Donald Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmaq üçün ABŞ Konqresinin binasına basqın ediblər. Hücum zamanı 5 nəfər həlak olub. İki Kapitol polisi daha sonra intihar edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...