Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana 2500 nəfər sülhməramlı göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın sədri Stanislav Zas məlumat verib.
Zas əlavə edib ki, zərurət yaranacağı təqdirdə bu say artırıla bilər.
O bildirib ki, sülhməramlı bölmələrinin Qazaxıstana yerləşdirilməsi cümə günü başa çatacaq.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsini daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xahiş edib. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını” adlandırıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.