Modern.az

Yuxuda oğlunun öldüyünü görüb özünü BIÇAQLADI

Yuxuda oğlunun öldüyünü görüb özünü BIÇAQLADI

Hadisə

7 Yanvar 2022, 10:26

Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb.

 

Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

 

Hazırda qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu