Modern.az

Qazaxıstanda yaşayan Azərbaycanlı jurnalist - “Hadisələr sakitləşir”

Qazaxıstanda yaşayan Azərbaycanlı jurnalist - “Hadisələr sakitləşir”

Media

7 Yanvar 2022, 09:05

Qazaxıstanda baş verən iğtişaşlar səbəbindən telefon və internet daxil olmaqla bütün əlaqə vasitələrinə çıxış məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı jurnalist Füzuli Məcidli bildirib.

 

F.Məcidli qeyd edib ki, əlaqə yaratmaqda çətinlik çəkənlər narahat olmasınlar:

 

“Buna görə müxtəlif vasitələrlə bizimlə əlaqə qurmağa çalışan, zəng vuran, mesaj yazan, lakin əlaqə yarada bilməyən dostlar narahat olmasınlar. Hadisələr sakitləşməyə dağru gedir. Hazırda biz paytaxtdayıq və burada sakitlikdir.

 

Narahatlığını paylaşan bütün dostlara, yaxınlara təşəkkür edirəm”.

 

Jurnalist deyib ki, Qazaxıstanda tezliklə sakitliyin və əmin-amanlığın bərpa olunacağına inanır, qardaş qazax xalqına sülh arzulayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu