Modern.az

Klinik Tibbi Mərkəzə yeni TƏYİNAT

Klinik Tibbi Mərkəzə yeni TƏYİNAT

Aktual

7 Yanvar 2022, 11:16

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub. 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, uzman-cərrah Fariz Hüseynov Kliniki Tibbi Mərkəzdə fəaliyyətini davam etdirəcək.

Məlumata əsasən uzman Dr. F.Hüseynov artıq Cərrahiyyə şöbəsinin ümumi cərrahı vəzifəsinə təyinat alıb.

F.Hüseynov 1986-cı il mayın 20-də Əli Bayramlı şəhərində anadan olub. 1993-2004-cü illərdə şəhərin 2 saylı tam orta məktəbində təhsil alıb.

2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olaraq, həkim-terapevt ixtisasına yiyələnib. Elə həmin ildə Şirvan şəhəri Mərkəzi Xəstəxanasında Kardiologiya üzrə internatura təhsilinə başlayıb və 2011-ci ildə oranı bitirərək həkim-kardioloq ixtisasını alıb.

2014-2020-ci illərdə Türkiyənin Ankara Yıldırım Beyazit Universitetində təhsilini davam etdirərək ümumi cərrahiyyədə uzman həkim adını alıb.

2021-ci il il mart ayından iyun ayına qədər Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında, daha sonra "Yeni Klinika"da ümumi cərrah olaraq çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu