Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-3, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir
Azərbaycanın rayonlarında sabah havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 23-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.
Modern.az