Modern.az

ABŞ-ın yeni səfiri Türkiyəyə gəldi

ABŞ-ın yeni səfiri Türkiyəyə gəldi

7 Yanvar 2022, 18:11

ABŞ Prezidenti Co Bayden tərəfindən Türkiyəyə yeni təyin olunmuş səfir Ceff Fleyk vəzifəsinin icrasına başlamaq üçün paytaxt Ankaraya gəlib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hava limanında jurnalistlərə açıqlama verən keçmiş senator Türkiyəyə gəlməsinə görə çox xoşbəxt olduğunu bildirib.

 

O, Türkiyə Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra isə mətbuatla daha ətraflı danışmaq imkanının olacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama