Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.
Qarabağ vətənimizin beşiyi, gözəl guşəsi ,və unudulmaz mənzərəsidir.Qarabağ kəməsini eşidən hər bir Azərbaycan vətəndaşı fəxr edir. Çünki,Qarabağ Azərbaycanın fəxridir.Dünyanın hər yerində yaşayan soydaşlarımız Qarabağın adını eşidəndə fəxr hissi keçirir.
Tarix boyunca Qarabağımız geniş sahəni əhatə edərək bütün Azərbaycanın mərkəzini tutub.Kimdir Pənahəli xan?cavab olaraq deyə bilərikki Azərbaycanın fəxri,məşhur Qarabağ xanı.Bəli,Bəli səhv eşitmədiniz.Tarixdə bu tanınmış şəxs Azərbaycanın gözəl guşəsi sayılan Qarabağ xanıdır.Azərbaycanın xanlıqlar dövrünə nəzər salsaq görərik ki,Qarabağ xanlığı zəngin xanlıqlardan biri hesab olunur.1848-ci ildə artıq Qarabağ xanlığı formalaşaraq bütün xanlıqlar daxilində öz zənginliyi,rəngarəngliyi ilə seçilib.Natavan,Vaqif,Q.Zakir yurdudu Qarabağ. Əsrlər ötdükcə unudulmaz Qarabağ!
Hətta Qacar belə Qarabağla mübarizə aparıb.İstər tarix baxımından istərsədə əbiyyat baxımından zəngindir Qarabağ.Xarı bülbülün vətənidir Qarabağ.
Ancaq mənfur düşmənimiz olan ermənilər Qarabağımızın yüksəlməsinə,zirvələrə qalxıb işıqlanmasına göz yuma bilmədi.Tarix,əsrlər boyu düşmən olub bizə ermənilər.Paxıllıqdan,mundarlıqdan torpaqlarımıza göz dikərək mənimsəmək istədikləri halda Azərbaycan buna yol verməyəcək.Daim mübarizə apararaq torpaqlarımızın məhs bizə aid olduğunu sübut edib və edəcəkdə.Azərbaycan daim mübarizə aparıb və aparacaqda və heç vaxt vaz keçməyəcək.
Mənfur düşmən artıq XX əsrin 80-cı illərindən etibarən bizimlə,dinc xalqla mübarizəyə başladı.Azərbaycan xalqı bu acı həqiqətə,qəddarlığa,şərə və böhtana dözə bilmədi.ilk öncə Sumqayıt hadisəsi daha sonra”20 Yanvar”faciəsi və günahı olmayan “Xocalı” soyqrımı.
Günahsız idi Xocalı.Neçə-neçə analar,gəlinlər, yaşlı insanlar,uşaqlar günahsız yerə vəhşicəsinə gülləndi,məhv olub öldürüldü.Neçə-neçə ailələr əsr götürülüb məhv edildi.Buna dözərmi ürək? Sadəcə bir cavab var xeyr dözməz.Qatı,amansız düşmənin bu qəddarlığını heç vaxt bağışlamaq olmaz.Ardınca Ağdam,Zəngilan,Kəlbəcər,Ağcabədi rayonları işğal olundu.Qarabağımız indi düşmən tapdağı altındadır.Məcazi mənada desək Qarabağımız göz yaşı töküb ağlayır.Çünki,doğma vətən Azərbaycanın əhatəsi altında deyil.Amma zaman keçdikcə gənclərimiz Qarabağımızı daim,həmişə yada salır.Çünki,Qarabağ unudulmazdır.Qarabağ vətəndir, anadır.Dədə-babalarımızın ilk laylası məhs Qarabağdan gelib.Qarabağ tayfaları olubki indi həmin tayfalar dağılaraq bütün dünyaya səpələnib.Ancaq onu qey etmək istərdimki Qarabağ hər zaman bizim olub və olacaqda.Mənfur düşmənimiz heç vaxt Qarabağı mənimsəmək istəsədə ancaq buna yol verməyəcəyik.
Ümumiyyətlə,Qarabağ və gənclik mövzusu Azərbaycanın aktual mövzusu sırasına daxildir.Gənclərimiz hər il Xocalı soyqrımını və yaxud Qarabağın daxilində olan rayonların işğal gününü dünyanın hər yerində yada salır.Türkiyə,Rusiya, Avropanın bütün ölkələri, İngiltərə, Amerika ,Almaniya, Fransa və s ölkələrində gənclərimiz Qarabağın işğal gününü yada salıb, dünyaya bir daha bəyan edirlər.Buda bizim üçün fəxrdir.Çünki,illər keçsə belə gənclərimiz Qarabağı daha çox dünyaya bəyan edirlər.Bəs buna qarşı vəhşi düşmənin münasibəti necədi?Əlbəttə, ermənilər bunu qəbul edə bilmirlər.Çünki,bizim dünayada tanınmamızı düşmən heç cür qəbul edə bilmir.
Azərbaycan gəncləri, dünayanın bir çox ölkələrində Azərbaycan haqqında konfranslar,iclaslar keçirərək ölkəmizi daha çox tanıdırlar.Buda Azərbaycanın yüksəlməsidir.Dahi ulu öndərimiz Cənab Heydər Əliyev gənclər haqqında bel deyib:”Gənclər bizim gələcəyimizdir”.Həqiqətən,gənclərimiz bizim gələcəyimizdir.Çünki,məhs dünyanın hər yerində olduğu kimi Azərbaycanın da gələcəyi gənclərdir.Gənclər olmasa Qarabağın işğalı günü hər il bütün dünyada yada salınmaz.Hər il 26 fevral 1992-ci il tarixi Xocalı soyqrımı günü kimi yad edilir.Təəsüflər olsunki mənfur düşmən Azərbaycanın bu faciəvi soyqrımı ilə barışa bilmir.Gənclərimiz dailm inkşaf edib və edəcək.
Azərbaycan gəncləri istər siyasətdə ,stər idman ahəsində,istərsədə incəsənətdə çox inkşaf edib.məsələn Azərbaycanın dünya ölkələrində şahmat üzrə qaliblərindən biri olan Teymur Rəcəbli ölkəmizin məşhur gənlərindəndirki şahmat üzrə Azərbaycanı təmsil edir.Keçən il Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigar qalib olaraq Avroviziyanı Azərbaycana gətirdilər.Azərbaycanı güləş üzrə dünyada tanıdan Elnur Məmmədov birinci yerdə qalib olaraq Azərbaycanın başını ucaltdı.Gənclərimiz bizim fəxrimiz,adımızdır.Həqiqətən Azərbaycan gəncləri çox istedadlı gənclərdir.Dünyanın bütün gəncləri sırasında Azərbaycan gəncləri öz istedadı ilə daim seçilir.
Milli Qəhrəmanımız olan Mübariz İbrahimov vətənimiz uğrunda canını qurban verən gənclər sırasındadır.Mübarizlə bütün Azərbaycan fəxr edir.Gənc yaşına baxmayaraq Mübariz igid qəhrıman oldu.Gənclərimiz necədə gözəl vətənimizi dünyada təmsil edirlər.Cənab prezidentimiz İlham Əliyev gənclərimiə qayğı ilə yanaşır,gənclərimizi sevir və daim diqqət göstərirki bu da gənclərimizin inkişafına səbəbdir.Ulu öndər Heydər Əliyev demişkən “Mən fəxr edirəmki mən Azərbaycanlıyam”
Dadaşova Aygün
Qərb Universiteti, Jurnalistika fakültəsi