Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollara çatıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Atameken” Sahibkarlar Palatası məlumat yayıb.
Qeyd edilir ki, ölkənin 10 vilayətində 848 sahibkarlıq subyekti və 1021 obyektə ziyan dəyib.
Zərərin təxmini məbləği 87,2 milyard təngə (təxminən 200 milyon dollar) təşkil edir.