Modern.az

Çin liderindən Qazaxıstanla bağlı AÇIQLAMA

Çin liderindən Qazaxıstanla bağlı AÇIQLAMA

7 Yanvar 2022, 21:27

Çin qəti şəkildə Qazaxıstanın sabitliyinə zərər verən, ölkənin təhlükəsizliyini təhdid edən və xalqın dinc həyatını sabotaj edən istənilən qüvvəyə qarşıdır.

 

Modern.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ünvanlanmış şifahi mesajında bildirib.

 

“Çin xarici qüvvələrin Qazaxıstanda iğtişaşlar törətmək və “rəngli inqilablar”ı qızışdırmaq cəhdlərini, eləcə də Çin və Qazaxıstan arasında dostluğa xələl gətirmək və iki ölkənin əməkdaşlığını pozmaq cəhdlərini qəti şəkildə rədd edir”, - deyə məktubda qeyd olunub.

 

Si Cinpin bildirib ki, Çin Qazaxıstana lazımi dəstəyi göstərmək və bu ölkənin çətinliklərin öhdəsindən gəlməsi üçün əlindən gələni etməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama