Modern.az

Qalapaqosda vulkan püskürdü

Qalapaqosda vulkan püskürdü

7 Yanvar 2022, 21:40

Qalapaqosun İzabela adasında yerləşən “Wolf” vulkanı püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

 

Məlumata görə, vulkan səmaya 3 min 793 metr lava və kül səpib.

 

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada vulkanın yaşayış məntəqəsi üçün təhlükə yaratmadığı bildirilib.

 

Sakit okeanda yerləşən Qalapaqos adaları, dünyada bir çox nadir növlərin yaşadığı zəngin quru və dəniz biomüxtəlifliyinə görə 1978-ci ildə YUNESKO tərəfindən Təbii Dünya İrs Siyahısına daxil edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama