Modern.az

Unudulmaz Qarabağ

Unudulmaz Qarabağ

Dünya

5 Dekabr 2012, 13:14

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.             

XXİ əsr inkişafda olan gənclər bitməyən arzular, tükənməyən istəklər...

Gənclik hər birimizin yasadiği, kiminin isə yaşamaq arzusunda olub da yaşaya bilmədiyi dövr. Hər bir insan bu illəri həyatinin ən gözəl illəri kimi xatırlayır və qəlbində bir həyəcan hissi ilə yenidən yaşamaq istəyir. Müasir dövrümüz, qəlbində böyük həvəs ilə ugura doğru addımlayan gənclik həm  dövlətini, millətini, dinini, dilini, tarixini yaşadmağa çalışır. Qəlbi vətənə millətə olan boyük məhəbbət hissi ilə döyünən Azərbaycan gəncliyinin hayqiraraq göstərmək istədiyi, öz səsini duyurmaq istədiyi, illərdir qanayan yaranı qapamağ istədiyi tək bir gerçək var, bu gerçək Qarabağdır. Heç bir yaşanan uğur heç bir çalınan zəfər hələ qələbə deyil onlar üçün. Bu yolda, yaşanan kədər, uğruna düzülən şəhidlər, tökülən qanlar, köksümüzə vurulan yaralar ...Bizim gənclik bunu unutmur, yaşanan hər günündə hər anında bu yolun sonunu düşünür. Vətəni, dövləti öz ləyaqəti, şərəfi bilən hər bir gəncin böyük arzusu qələbədi.

Qarabağ minlərlə insanın didərgin düşdüyü, illərdir həsrətində olduğumuz torpaq ən qədim məskənlərdən biridir. Qarabağ Azərbaycanın özü qədər qədim tarixə malikdir. "Qarabağ" sözü mənbələrdə hələ 1300 il bundan əvvə l işlənib. Düşmən tərəf əsassız iddialrı ilə çıxış edərək nə qədər iyrənc niyyətli olduqlarını hər dəfəsində göstərir. Lakin sübut olunmuş bele bir gerçek varki ,Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməmişdir. Onların esassiz, faktsız iddiaları ehemiyyetsizdir. Əlbəttəki bir dövlət kimi başımıza gətirilən müsibətlər, 1992-ci il de fevral ayının 25dən-26na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366 mota atıcı alayının Xocalı şəhərini işğal edərkən törətdiyi vəhşiliklər hamıya məlumdur.Xocalı şəhərinin strateji mövqeyə malik olması da Ermənistanın marağında olmuşdur. Baş verən hadisə  gunahsız, əli silahsız insanlara doğru törədilmiş vəhşilikdir. Hətta Erməni silahlı qüvvələri sağ qalmış insanları tapıb ,əsir götürüb, işgəncəyə məruz qoymuşlar.

Ulu öndər Azərbaycanın var olma səbəbi ,böyük şəxsiyyət Heydər Əliyev. Adətən belə insanlara çox az rast gəlinir,o dahi olmadı,o dahi doğulmuşdur. H.Əliyev xalqın,vətənin ağır günlərində ona göndərilmiş bir güc, bir yardım, bir kömək oldu. Başına minlərlə zülüm gətirilmiş xalqın ümüdü oldu. Bu günki gənclik qürür hissi ilə o dahi ilə fəxr edir, bele bir şərəfli şanlı dövlətin vətəndaşı olmağı ilə onun sözlərinə dəstək olmuş olur. Bəlkədə belə bir böyük şəxsiyyət, bacarıqlı siyasətçi xalqı dəstəkləməsəydi hazırda Azərbaycan adlı inkişaf etmiş dövlət olmazdı. Ulu öndərin qoyduğu yolu onun davamçısı İlham Əliyev yüksək bacarıqla davam etdirir. Dövlət başçısı fəaliyyətə başladığı ildən etbarən Azərbaycanın hər bir sahədə uğurunu təmin etməyə çalışır. Ermənistan - Azərbaycan arasındakı gərginlikdə İlham Əliyev qarşı tərəflə münasibətlərdə səylə çalışır.

Bu gün müasir Azərbaycan gəncliyi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir, İ.Əliyevin siyasətini dəstəkləyir. Onlar gənc və düzgün siyasət yürüdən rəhbərimizin hər zaman arxasındadır. Azərbaycan  qısa bir zamanda 20 illik müstəqillik dövrünə çox böyük qələbələr yazıb. Belə bir qısa müddətdə rəhbərimiz İ.Əliyevin apardığı siyasət nəticəsində bütün sahələrdə inkişaf edib.

Bu gun sabaha inamımız olan gənclərimizin  vətənpərvər ruhda böyüməsi, Qarabağ həqiqətlərini dərk etməsi, bu həqiqətləri yaymaq üçün əlindən gələni etməsi vacibdir. Onlar bu məsələnin nə qədər ciddi bir məsələ olduğunun fərqindədir.Hər kəs Dagliq Qarabağ probleminin həllində sülh yolunu dəstəkləyir həm də lazım gəlsə müharibə yolu ilə də torpaqlarımız uğrunda mübarizə aparmağa hazırdı.

Qarabağ həqiqətlərinin işıqlandırılması ilə bağlı müxtəlif  təşkilatlar, aktiv gənclər daim tədbirlər,görüşlər təşkil edir, problem ilə bağlı maraqlı fikir mübadiləsi aparır, bütün gənclərin bu priolitet mövzü haqqında məlumatlandırılmasına çalışır.

Azərbaycanın birinci xanımı M.Əliyeva müxtılif ölkələrdə istər siyasi istərsə də digər mövzularda təşkil olunmuş konfranslarda, tədbirlərdə Qarabağ ilə bağlı həqiqətləri beynəlxalq arenada tanıtmağa çalışır və buna da nail olur. Müxtəlif ölkələrdə təşkil olunmuş mədəniyyət tədbirlərində bizim istedadlı gənclərimiz bir çox sahələrdə dövlətimizi uğurla təmsil etməkdədir. Bu da əlbəttəki dövlətin qayğısı, diqqəti ilə həmin bacarıqlı gənclərə şərait yaradılması ilə bağlıdır. Bizim gənclik çox sürətlə inkişaf edir, ölkəmiz müxtəlif sahələrdə yeni yeni mütəxəssizlər qazanır.

Hər zaman sülh yolunun tərəfində olan və daim inkişafa doğru addımlayan bir dövlət kimi bizə qələbələr yaraşır.

 

Tağıyeva Şahnaz,

Qərb Universiteti Siyasi elmlər fakültəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!