Modern.az

Hollivud ulduzu vəfat edib

Hollivud ulduzu vəfat edib

Dünya

8 Yanvar 2022, 00:25

Hollivud ulduzu Sidni Puatye 94 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, aktyorun ölüm səbəbi məlum deyil.

 

O, “ən yaxşı kişi aktyor” nominasiyasında "Oskar" mükafatı qazanan ilk qaradərili şəxsdir.

 

Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində anadan olub. 1958-ci ildə "Müdafiəsizlər" filminə görə Oskar mükafatına namizəd olduqdan sonra 1963-cü ildə "Çöldəki zanbaqlar" filminə görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar qazanıb.

 

O, 40-dan çox filmdə rol alan aktyor-siyasətçi kimi də tanınır. S.Puatye1997-2007-ci illərdə Baham adalarının Yaponiyadakı səfiri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...