Modern.az

Nazarbayın yurdu qan içindədir

Nazarbayın yurdu qan içindədir

Ədəbiyyat

8 Yanvar 2022, 09:26

Aida Eyvazlı Göytürk

 

Göy rəngli bayrağın göy səmalarda,

Rəngi avazıyıb qana dönübdür.

Ulduzlar utanır göydən baxmağa,

Türküstan elinin şəmsi sönübdür.

 

Çingiz xan xəbər et, qoy Cuçi gəlsin,

Canıbek, Kasımbəy atların minsin.

Xak Nazar yetişib meydana girsin,

Nursultan təklənib,​ qan içindədir..

 

Xəyanət edibdir çörək verdiyi,

Süfrəsinin artığını yeyənlər.

Xəncər çəkib kürəyindən vurublar

Tələyə salıbdır “can” söyləyənlər.

 

Əxlaqı, nəşəsi qani pozuqlar,

Oyuna salıblar qazax xalqını.

Alaş Orda​ eli od tutub yanır,

Xaçpərəstlər​ içir onun qanını.

 

Üstü Şanıraklı bir yurd qurdu ki,

Dostlar o​ yurdları pişvaza gəldi.

Sülh quşu uçurtdu daim göylərə,

Adı kainatda avaza gəldi.

 

Qızıl adam dedi Nazarbayevə,

Bu yurdu sülh içrə görən kişilər.

Haraya getdisə o sülh elçisi,

Nursultan kişidir, mərddir dedilər.

 

Onun tax tacının adı Şanırak,

Qonaqlı-qaralı odldu elləri.

İndi gizlədiblər o Çöl​ oğlunu,

Qaraya bürünüb qazax Çölləri...

 

Sevmədi ərəbin, rusub adətin,

Dedi ki, mən türkəm öz adətim var.

Mənim​ yurdlarımda köhlən atlarım,

Mənim öz Tanrıma ibadətim var.

 

Bir gün tarixinə əl uzatdılar,

Bircə il keçməmiş​ sandığı açdı

Qazax sandığından​ çıxan kitablar

Türkçülük yoluna nur- işıq saçdı.

 

Astana adında səltənət qurdu,

Küçələri geniş , gülləri təzə.

Türküstan şəhrini abad eylədi,

Türklüyə yol saldı, yolları təzə.

 

Bilirdi , türklüyün yolu çətindir,

Bilirdi qarşıda boran-sazaq var.

Xalqına kimliyin öyrədən kişi,

Bilmədi, nökərdən ona tuzaq var.

 

Dilini qaytardı qazax elinə,

Dili sevməyənin kəminə gəldi.

Dombranı verdi​ aşıq əlinə,

Onunçün düşmənin yelinə gəldi.

 

Elinin-yurdunun ağası oldu,

30 il içində məmləkət qurdu.

Bayrağı bayraqlar içində durdu,

Çünki yaranışdan bir sulatn idi.

 

İndi hiyləgələr, tələquranlar,

Deyirlər Nursultan bir terrorçudur,

Şər-böhtan yazanlar o saxtakarlar,

Daha bilmirlər ki, bu hiylələri

Quran hakimiyyətdən bir oyunçudur.

Daha demirlər ki, xalq ayılacaq

Terrou quranı özü asacaq.

 

Qazax qardaşlarım, can qardaşlarım

“Terrorçu” sözünə​ əsla uymayın.

Bu kantar ayında, bu qış ayında

Ayılara bir də qardaş olmayın.

 

Yamanca yuxuya verdilər sizi,

Yaman dağıtdılar tifaqınızı

Bir gün ayılanda biləcəksiniz,

Nursuz qoyubdular Şanıraknızı.

 

Düşüb o çöllərə, o oymaqlara

Nursultan ağanı axtararsınız.

Atamızı evdən niyə qovduq ki,

Ah-nalə eləyib ağlayarsınız.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər