Dekabrın 22-də Rusiya prezidenti Vladimir Putin doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədə prezidentin rəsmi saytında məlumat verilib. Təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək – xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istərdim.
Sizinlə ünsiyyətdə olmağa həmişə şadam. Əlaqələrimizin və səmərəli birgə işimizin davam edəcəyinə ümidvaram.
Sizə və Sizin mehriban ailənizə hörmət və ən xoş arzularla,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti".