Modern.az

Yoluxma yenidən artdı - Sağalanların sayı azaldı

Yoluxma yenidən artdı - Sağalanların sayı azaldı

Hadisə

8 Yanvar 2022, 15:36

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 620 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 nəfər vəfat edib. 7 184 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, bu günə qədər isə ümumilikdə 5 933 628 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?