Modern.az

Oğurlanan 2 yaşlı uşaq tapıldı - Şübhəlilər SAXLANILDI

Oğurlanan 2 yaşlı uşaq tapıldı - Şübhəlilər SAXLANILDI

Hadisə

8 Yanvar 2022, 19:25

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məlumat verib.

 

DİN rəsmisi qeyd edib ki,  uşağın tapılması üçün Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib:

 

"İntensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

 

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?