Modern.az

ABŞ Avropadakı qoşunların sayını azaltmayacaq

ABŞ Avropadakı qoşunların sayını azaltmayacaq

Dünya

8 Yanvar 2022, 22:56

Birləşmiş Ştatlar Avropadakı qoşunlarının sayını azaltmağı düşünmür 

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi Vaşinqtonun Moskva ilə danışıqlar ərəfəsində belə bir variantın nəzərdən keçirməsi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.

 

Yanvarın 10-da Cenevrədə strateji sabitliyə dair danışıqlar aparılacaq.

 

“Birmənalı şəkildə deyə bilərəm ki, biz Avropada qoşunların sayının azaldılması və ya mövqeyin dəyişdirilməsi məsələsini nəzərdən keçirmirik. Həmçinin, Baltikyanı ölkələr və Polşadakı qoşunların sayının dəyişməsi məsələsi də müzakirə edilmir”, - Pentaqonun nümayəndəsi bildirib.

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...