Modern.az

Türkiyə şəhidlərin qisasını aldı - 12 terrorçu zərərsizləşdirildi

Türkiyə şəhidlərin qisasını aldı - 12 terrorçu zərərsizləşdirildi

Dünya

9 Yanvar 2022, 00:39

Türkiyə ordusu Akçakale sərhəd xəttində 3 əsgərin şəhid olmasından sonra PKK-ya məxsus hədəflərə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib.

 

"Bölgədə terrorçulara qarşı əməliyyatlarımız davam edir. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, buraxmayacağıq", - deyə Nazirlik bildirib.

 

Qeyd edək ki, bu gün terrorçuların yerləşdirdiyi partlayıcı maddənin partlaması nəticəsində Türkiyə ordusunun 3 hərbi qulluqçusu həlak olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...