Modern.az

İran daha 51 amerikalıya sanksiya tətbiq etdi

İran daha 51 amerikalıya sanksiya tətbiq etdi

Dünya

9 Yanvar 2022, 00:51

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar daha 51 amerikalıya sanksiya tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Sanksiya siyahısına əlavə edilənlər arasında ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Pol Nakasone, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert Obrayen da var.

 

Bundan əvvəl siyahıda ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel və digər yüksək rütbəli amerikalı məmurlar olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...