Modern.az

Əfv siyahısı prezidentə təqdim olundu

Əfv siyahısı prezidentə təqdim olundu

23 Dekabr 2012, 16:06

Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb. Modern.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, bu barədə komissiyanın üzvü, millət vəkili Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, komissiya artıq işlərini yekunlaşdırıb və müvafiq siyahı hazırlanaraq Azərbaycan prezidentinə təqdim olunub.

Qeyd edək ki, əfv fərmanının 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə qədər imzalanacağı gözlənilir.

Xatırladaq ki, sonuncu əfv fərmanı mart ayında, Novruz bayramı münasibətilə imzalanmışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək