Modern.az

Bu gün bəzi bölgələrdə qar yağacaq

Bu gün bəzi bölgələrdə qar yağacaq

23 Dekabr 2012, 16:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Gecə və səhər zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Temperatur gecə 1-3°, gündüz 4-8° isti olacaqdır. Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperaturun gecə 2-7 ° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-  Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam yağıntılı olacağı gözlənilir.  Temperaturun gecə 0-3° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı vardır. Bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 3° istidən 2°-dək şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman, çiskin olacaqdır. Lakin axşam qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-4° isti, gündüz 5-10° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı vardır. Dağlarda duman olacaqdır.

 Temperaturun gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° istidən 2°-dək şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!