Modern.az

Kəlbəcərdə görüşərik Məmməd Aslan! - Şairə qürbətdən məktub var

Kəlbəcərdə görüşərik Məmməd Aslan! - Şairə qürbətdən məktub var

24 Dekabr 2012, 00:03


Dekabrın 24-də şair-publisist Məmməd Aslanın doğum günüdür. Moskvadan Məmməd Aslana təbrik məktubu gəlib. Modern.az saytına daxil olan məktibu təqdim edirik.

Əziz və hörmətli Məmməd müəllim!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət arzulayırıq! Uğurlar diləyirik!

Siz bizim çox sevdiyimiz, dərin rəğbət bəslədiyimiz adlı-sanlı şairimiz, yazıçımız, gözəl publisistimizsiniz. Siz bizim el-obamızın dərdinə,qəminə alışıb yanan, Kəlbəcərimizi bir an belə unutmağa qoymayan, ən  görkəmli eloğlumuzsunuz. Biz sizin kimi Kəlbəcərlimizlə həmişə fəxr etmişik. Sizin kimi  istedad sahibini, şairliyi bahardan və bənövşədən öyrənən qeyri-adi şairini xalqımıza, ilk növbədə kəlbəcərlilərə  bəxş etdiyinə görə ulu Tanrıya minnətdarıq. Siz hər zaman yüksəklikdə dayanan, nadir istedada malik,qeyri-adi şairimizsiniz.

Siz istər klassik ədəbiyyatımıza, istərsə də folklorumuza dərindən  bələd olan böyük ziyalımızsınız. Siz uzun illər boyu adlı-sanlı jurnallarımızda ; "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Ulduz" və "Azərbaycan təbiəti" jurnallarında, "Yazıçı" nəşriyyatında çalışmısınız. AzTV-də işləmisiniz. "Ekran-efir" qəzetinin baş redaktoru və "Dərədən-təpədən" verilişinin aparıcısı olmusunuz.

Zəhmətkeş bir övlad kimi xalqımıza ləyaqətlə xidmət etmisiniz. 

Sizin əsərləriniz 60-cə illərdən üzü bəri həmişə maraqla,həvəslə,zizin özünüz dediyiniz kimi heyrətlə oxunub. Ömrünüz  boyu çoxsayda yazdığınız məqalələri- niz, dadlı-duzlu  şeirləriniz, qeyri-adi yazı maneranız  sizi azərbaycan xalqının sevimlisinə çevirib. Sizin  hər bir misrannızda, bir bənd şeirinizdə, bir cümlənizdə Kəlbəcər dağlarının, doğma yurdumuzun  həsrəti duyulur. Sanki biz yenidən tərk edilmiş ocaqlara, viran qalmaş yurdlarımıza, qayıdırıq. Tərtərn Tutğunun şırıltısını, lilparlı-yarpızlı bulaqlarımızin həzin pıçıltısını,doğma yurdumuzun təmiz havasını,allı-güllü yaylaqlarımızı ətrini  duyuruq. Sizin şerlərinizi oxuyanda, xəyal bizi istər-istəməz doğma yerlərimizə,Kəlbəcərimizə aparır, ürəyimizdən Vətən nisgilinin silinəcəyini, yağıların əlində əsir qalan dağlarımızın tezliklə azad olacağı günü düşünürük. 

Bu torpağa sevgidən yoğrulan,məhəbbətdən doğulan  şerləriniz dünya durduqca, xalqımızın dilində həzin bir nəmə kimi yaşayacaq.

Əziz Məmməd müəllim! Sizi bir daha təbrik edirik.

Kəlbəcərdə görüşmək arzusuyla:

Nəsib Nəbioğlu, Məmməd Quliyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Cəfər Sadıq, Ramiz Məmmədhəsənov, Asif Verdiyev, Arif Mehdiyev, Fikrər Mehdiyev və Mockvada yaşayan bütün kəlbəcərlilər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək