Modern.az

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavinləri dəyişdi

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavinləri dəyişdi

9 Yanvar 2022, 20:53

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavini dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

 

Bildirilir ki, MTK sədrinin müavinləri Osipov Marat Saparoviç və Erqojin Daulet Ediloviç tutduqları vəzifələrdən azad ediliblər.

 

Prezidentin digər fərmanı ilə Bakıtbek Jamalbekoviç Kosjanov və Askar Baymerdenoviç Amerxanov MTK rəhbərinin yeni müavinləri təyin ediliblər.

 

Qeyd edək ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Kərim Məsimov vəzifəsindən azad edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...