Modern.az

\"Rusiya SSRİ-ni yenidən qurmaq istəyir\" - Blinken

\

9 Yanvar 2022, 21:52

“Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.

 

O qeyd edib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir.

 

"Bu isə əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”, - deyə Blinken bildirib.

 

O, Rusiyanın bu addımının qəbuledilməz olduğunu vurğulayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...