“NATO ilə Rusiya Federasiyası arasında münaqişə riski hələ də qalır, lakin fikir ayrılıqlarının siyasi yolla həll olunma ehtimalı var”.
Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, həll yolu tapmaq, Rusiyanın narahatlığını nəzərə almaq mümkündür.
"NATO ən yaxşısına ümid edəcək və bu istiqamətdə çox çalışacaq, eyni zamanda ən pisə də hazırlaşacaq”, - deyə Stoltenberq qeyd edib.